
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) rəhbərliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Primeinfo.az bu barədə ADY-yə istinadən xəbər verir.
Bildirilib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.


