Xəbər axtarın

Son axtarış nəticələri:

Ağadadaş Ağayev amnistiyaya düşdü

12.01.2026 12:07


Amnistiya aktı Xalq artisti Ağadadaş Ağayevə də şamil olunub.

Primeinfo.az xəbər verir ki, bu gün bununla bağlı Binəqədi rayon Məhkəməsində iclas keçirilib. Məhkəmədə Ədliyyə Nazirliyi Probasiya xidmətinin təqdimatına baxılıb.

Qərara əsasən, Ağadadaş Ağayev şərti cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, 2024-cü il iyul ayında A.Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib.

Müğənni mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.

N.Cəlilov isə Xalq artistini döyüb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə A.Ağayev 1 il sınaq müddəti seçilməklə, 2 il, N.Cəlilov isə 2 il 6 ay müddətinə şərti cəzaya məhkum ediliblər.

 

Paylaş: