Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Bu gün İranda baş verən etirazları biz 1990-cı ildə yaşadıq” - VİDEO

20.01.2026 11:50

“Azərbaycan tarixinin Qanlı Yanvar faciəsinin 36-cı ildönümüdür. Sovet tankları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda öz azadlığını, müstəqilliyini tələb edən vətəndaşlarımızın üzərinə yürüdü. Bu gün əslində, İranda baş verən etirazları biz millət olaraq 1990-cı ildə yaşadıq”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.

O, həmin gecə baş verən faciədən danışıb:

“Biz mərkəzi hakimiyyətin öz xalqına qarşı ən ağır divanı ilə üzləşdik. Amma tarixin də bir divanı var. Tarixin divanı həqiqətən acımasızdır. Millətlər haqq-ədalət uğrunda savaşanda mütləq şəkildə qalib gələcəklər. Mən azadlıq mücadiləsi verən bütün xalqlara azadlıq, müstəqillik arzulayıram. Təbii ki, haqq etdikləri məqamda, öz torpaqlarında, öz yurdlarında”.

Aygün Muradxanlının sözlərinə görə, 20 Yanvar faciəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir:

“Bizim müstəqillik ağacımızı bu insanlar öz qanları il suladılar. Bizim uçun möhtəşəm bir tarix yazdılar. Tarixdə unudulmaz bir səhifəyə möhür vurdular. Biz o gündən bu günə heç bir zaman bu azadlığın necə ağır bədəllə qazanıldığını unutmadıq. Ümid edirəm ki, gələcək nəsillər də unutmayacaq. Mən 20 Yanvar faciəsində şəhid olan Azərbaycan vətəndaşlarına Allahdan qəni-qəni rəhmət diləyirəm”.

Daha ətraflı “Qırmızı masa”da:

 

Paylaş: