
“Tehran rejimi özü də sonunun gəldiyini anlayıb”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.
O, İranın içərisindəki proseslərin çox sürətlə cərəyan etdiyini vurğulayıb:
“Molla rejimi o qədər sürətlə çökür və xalqa qarşı elə acımasız münasibət göstərir ki, xalq bu gün ən çox bunu anlayır: geri çəkilsələr, gərginlik, repressiyalar bundan daha artıq olacaq”.
Aygün Muradxanlı İranın ciddi informasiya blokadasında olduğunu, internetin kəsildiyini, ölkədən çıxmaq istəyən insanların mobil telefonlarının əlindən alındığını deyib.
Davamı “Qırmızı masa”da: