Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda 15 qız QAÇIRILIB

23.01.2026 17:00


Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilmiş 2025-ci ilin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2025-ci ildə 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.

Qız qaçırma – razılığı olmadan bir qadının zorla evliliyə məcbur edilməsi – qanun qarşısında cinayət hesab olunur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, qız qaçırma insan oğurluğu hesab olunur. Qız qaçırma da daxil olmaqla belə hallara görə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulub.

Paylaş: