Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda “e-culture” platforması yaradılacaq

14.01.2026 18:14

Mədəniyyət sahəsində dövlət informasiya resurslarının birləşdirilməsi və ya əlaqələndirilməsi, vahid kommunikasiya siyasətinin həyata keçirilməsi məqsədilə “e-culture” platformasının yaradılması təmin ediləcək.

Primeinfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda öz əksini tapıb.

Belə ki, 2026-2027-ci illərdə “e-culture” platformasının yaradılması, platformanın test edilməsi və platforma vasitəsilə mədəniyyətə əlçatanlığın və yaradıcılıqda geniş iştirakçılığın təmin edilməsi planlaşdırılır.

Paylaş: