Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Xocalı

Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub - FOTO

Xocalıda heyvandarlıq kompleksi ilə tanışlıq olub - FOTO

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Ağdərə şəhərində keçirilən Qərargahın iclasının iştirakçıları iyunun 17-də Xocalı rayonunun Xanabad kəndi ərazisində fəaliyyət göstərən “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin heyvandarlıq kompleksində olublar. Primeinfo.az xəbər verir ki, iclas iştirakçıları kompleksdə yaradılmış şərait barədə məlumatlandırılıb və hazır məhsullara baxıblar. [gallery ids="82908,82909,82910,82911,82912,82913,82914,82915,82916"]

Xocalıda baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib - FOTO

Xocalıda baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib - FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib. Primeinfo.az xəbər verir ki, iclasın iştirakçıları bu gün, həmçinin Xocalı rayonunun Daşbulaq kəndində yerləşən tut bağına və baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçiriblər. Qonaqlara görülmüş işlər və yaradılmış şərait barədə məlumat verilib.

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO 

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO 

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər. Nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Ağdərə və Xocalının kəndlərinə daha 175 nəfər qayıdıb - FOTO - YENİLƏNİB

Ağdərə və Xocalının kəndlərinə daha 175 nəfər qayıdıb - FOTO - YENİLƏNİB

Aprelin 29-da Xocalı rayonunun 6, Ağdərənin isə 1 kəndinə növbəti köç olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə qayıdıb. Ümumilikdə 175 nəfərdən ibarət 41 ailəyə Xocalıda yeni mənzillərinin açarları təqdim olunub.

Xocalıda Novruz və Ramazan bayramları qeyd olunub - FOTO

Xocalıda Novruz və Ramazan bayramları qeyd olunub - FOTO

Martın 19-da Xocalı şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert keçirilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, şəhərin mərkəzi parkında təşkil olunan bayram tədbirində Xocalı şəhərinə, eləcə də rayonun kəndlərinə köç edən sakinlər iştirak ediblər. Tədbirdə yerli sənətçilər tərəfindən musiqilər ifa olunub.

Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO - VİDEO

Xocalı soyqırımının ildönümü ilə bağlı Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində və xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndəliklərində silsilə tədbirlər keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə MN məlumat yayıb. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident: "Hərbi cinayətkarların bir hissəsini Azərbaycan Silahlı Qüvvələri məhv edib"

Prezident: "Hərbi cinayətkarların bir hissəsini Azərbaycan Silahlı Qüvvələri məhv edib"

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində hərbi cinayətkarların bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Primeinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib. “Bax bu, ədalətin tam təntənəsidir.