Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026-da günün nəticələri: Argentina, Norveç və Avstriya qələbə ilə başladı - VİDEO

17.06.2026 10:56

DÇ-2026-da günün nəticələri: Argentina, Norveç və Avstriya qələbə ilə başladı - VİDEO

Futbol üzrə 2026-cı il dünya çempionatı davam edir.

Primeinfo.az QOL.az-a istinadən xəbər verir ki, bu gün 4 qrupda 5 matç keçirilir.

Əvvəlcə İ qrupunda Norveç İraqı sınağa çəkib. J qrupunda son dünya çempionu Argentina yığması mübarizəyə başlayıb. Komanda Əlcəzairlə qarşılaşıb və 3 cavabsız qolla qalib gəlib. Hər 3 qolu Lionel Messi vurub.

Eyni qrupda Avstriya İordaniya ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.

K qrupunda Portuqaliya millisi ilk oyununu keçirəcək. Sözügedən yığma Konqo ilə münasbətlərə aydınlıq gətirəcək.

Günün maraqla gözlənilən oyunlarından biri də L qrupunda gerçəkləşəcək. Burada İngiltərə millisi Xorvatiya ilə qarşılaşacaq.

İ qrupu

17 iyun

02:00. İraq – Norveç – 1:4

Qollar: Erlinq Haaland, 29 (0:1), Aymen Hüssein, 39 (1:1), Erlinq Haaland, 43 (1:2), Leo Ostiqard, 76 (1:3), Aymen Hüssein, 90+6-avtoqol( 1:4)

16 iyun

Fransa – Seneqal – 3:1

J qrupu

05:00. Argentina – Əlcəzair – 3:0

Qollar: Lionel Messi, 17,60, 76

08:00. Avstriya – İordaniya – 3:1

Qollar: Romano Şmid, 21 (1:0), Ali Olvan, 50 (1:1), Yazan Al Arab, 76-avtoqol (2:1), Marko Arnautoviç, 90+12-pen.(3:1)

K qrupu

17 iyun

21:00. Portuqaliya – Konqo

18 iyun

06:00. Özbəkistan – Kolumbya

L qrupu

00:00. İngiltərə – Xorvatiya

18 iyun

03:00. Qana – Panama

 

Paylaş: