Xəbər axtarın

Son axtarış nəticələri:

"Türkiyə münaqişənin həlli üçün əlindən gələni etməyə hazırdır" - Hakan Fidan Lavrovla görüşdü - FOTO

16.06.2026 15:10

"Türkiyə münaqişənin həlli üçün əlindən gələni etməyə hazırdır" - Hakan Fidan Lavrovla görüşdü - FOTO

Türkiyə Ukrayna münaqişəsində vasitəçi kimi mümkün olan hər şeyi etməyə və dialoq üçün platforma təmin etməyə hazırdır.

Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.

Onun sözlərinə görə, Türkiyə Ukrayna münaqişəsinin həlli üçün əlindən gələni etməyə hazırdır: “Bu, vasitəçilik roluna aiddir: Türkiyə özü vasitəçilik edə bilər, ya da belə bir platforma təmin edə bilər”.

Hakan Fidan vurğulayıb ki, bu qeyri-sabitlik, eskalasiya müharibənin daha da alovlanmasına səbəb ola bilər, buna görə də ona son qoymaq üçün mümkün olan hər şey edilməlidir.

Qeyd edək ki, Türkiyə XİN başçısı Moskvaya iki günlük işgüzar səfərə gəlib.

"Türkiyə münaqişənin həlli üçün əlindən gələni etməyə hazırdır" - Hakan Fidan Lavrovla görüşdü - FOTO "Türkiyə münaqişənin həlli üçün əlindən gələni etməyə hazırdır" - Hakan Fidan Lavrovla görüşdü - FOTO

"Türkiyə münaqişənin həlli üçün əlindən gələni etməyə hazırdır" - Hakan Fidan Lavrovla görüşdü - FOTO

Paylaş: