Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda YENİLİK: "Toy pulu" artıq belə yığılır - VİDEO

16.06.2026 22:12

Azərbaycanda YENİLİK: "Toy pulu" artıq belə yığılır - VİDEO

Azərbaycanda şadlıq saraylarından birində qeydə alınan görüntülər böyük marağa səbəb olub.
Primeinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, yayılan kadrlarda toy keçirilən zalın dəhlizində üzərində “Oğlan evi” yazılmış “Toypay” adlı aparatın quraşdırıldığı görünür.
Belə ki, qonaqlar toya pulu ənənəvi üsulla deyil, məhz bu aparat vasitəsilə yazdırırlar.
Məlumata görə, sözügedən görüntülər Şəmkirdə yerləşən “Gold Palace” restoranına aiddir. Bildirilir ki, toyun sonunda restoran tərəfindən toy sahibinə A4 formatında ətraflı siyahı təqdim olunur. Hesabatda ödənişlərin məbləği və vaxtı saniyəsinə qədər qeyd edilir.
Sözügedən görüntülər sosial mediada böyük maraqla qarşılanıb və qısa müddətdə minlərlə baxış toplayıb.

Paylaş: