Xəbər axtarın

Son axtarış nəticələri:

“Kızılcık şerbeti”nin "İşıl"ının müəmmalı ölümü: Həmin gecə nələr yaşanıb? - FOTO - VİDEO

16.06.2026 20:16

“Kızılcık şerbeti”nin "İşıl"ının müəmmalı ölümü: Həmin gecə nələr yaşanıb? - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, məşhur “Kızılcık şerbeti” serialında İşıl obrazını yaradan aktrisa Ece İrtem 35 yaşında ürək tutmasından dünyasını dəyişib.

Primeinfo.az xəbər verir ki, aktrisanın anası Nuriyə İrtem qızının ölümüylə bağlı ifadə verib.

O bildirib ki, hadisə baş verən günü (15 iyun) saat 17:51-də evləri ilə eyni küçədə yerləşən bir məkanda ad günü şənliyinə gediblər:

“Kızılcık şerbeti”nin "İşıl"ının müəmmalı ölümü: Həmin gecə nələr yaşanıb? - FOTO - VİDEO

“Orada tort kəsdik və birlikdə əyləndik. Saat 20:36-da evə qayıtdıq. Qızım sərxoş halda antidepresant dərmanını qəbul etdikdən sonra yatdı. Gecənin bir yarısı tualetə getmək üçün qalxdığını və sonra yenidən yatdığını eşitdim. Səhər onu yeməyə çağırdın, amma cavab vermədi. Otağına girəndə ağzından köpük axdığını gördüm. Çoxlu spirtli içki qəbul edirdi və eyni zamanda güclü antidepresant dərmanlar qəbul edirdi”.

Qeyd edək ki, onun cənazəsi bu gün səhər saatlarında İstanbulun Yenibosna rayonunda yerləşən Məhkəmə-Tibb Ekspertizası Qurumundan İzmirə yola salınıb. Aktrisa çərşənbə günü İzmirdə keçiriləcək vida mərasimindən sonra torpağa tapşırılacaq.

Bu gün Ece İrtemin ölümündən əvvəl çəkilən son görüntüləri də yayılıb. Həm yaşadığı binada, həm də ətraf ərazidə yerləşən təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərdə aktrisanın anası ilə birlikdə restorana getdiyi, burada əyləşdiyi və dostu ilə vaxt keçirdiyi əks olunub.

Həmin görüntüləri təqdim edirik:

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Haber Global (@haberglobal)

Paylaş: