Xəbər axtarın

Son axtarış nəticələri:

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəfat etdi - FOTO

15.06.2026 17:16

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəfat etdi - FOTO

Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında “Işıl” obrazını canlandıran Ece İrtem vəfat edib.

Primeinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, dünən 35 yaşını qeyd edən aktrisanın səhər saatlarında evində ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.

Aktrisanın vəkili Uğur Gökkoyun sözlərinə görə, Ece İrtem bu gün saat 12:00 radələrində ölüb:

“Hadisə o, öz evində, anası ilə birlikdə olarkən baş verib. İlkin ehtimallara görə, ölümə səbəb miokard infarkt göstərilir. İstintaq prosesi davam edir. Dəqiq səbəb məhkəmə-tibbi ekspertizasının rəyindən sonra bəlli olacaq. Ailəsinə və bütün sevənlərinə dərin hüznlə başsağlığı verirəm”, – deyə o vurğulayıb.

1991-ci il iyunun 14-də anadan olan Ece İrtem “Sandık kokusu”, “Yeni gelin” kimi bir çox seriallarda çəkilib.

“Kızılcık Şerbeti”nin məşhur aktrisası vəfat etdi - FOTO “Kızılcık Şerbeti”nin məşhur aktrisası vəfat etdi - FOTO “Kızılcık Şerbeti”nin məşhur aktrisası vəfat etdi - FOTO “Kızılcık Şerbeti”nin məşhur aktrisası vəfat etdi - FOTO “Kızılcık Şerbeti”nin məşhur aktrisası vəfat etdi - FOTO

Paylaş: