
İyunun 17-də doğma yurduna yola salınan köç karvanı Şükürbəyli kəndinə çatıb. Bu mərhələdə Şükürbəyli kəndinə 196 nəfərdən ibarət 45 ailəyə mənzillərin açarları təqdim edilib.
Primeinfo.az xəbər verir ki, mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
14.24
İşğaldan azad olunan Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib.
Primeinfo.az xəbər verir ki, kəndə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Şükürbəyli kəndinə 45 ailə – 196 nəfər köçürülüb.











