
Əhmədlidə açıq ərazidə baş verən yanğının qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
***
13.59
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.