Xəbər axtarın

Son axtarış nəticələri:

Tanınmış vəkilin qızı qəzada həlak oldu - FOTO - VİDEO

17.06.2026 10:29

Tanınmış vəkilin qızı qəzada həlak oldu - FOTO - VİDEO

Vəkillər Kollegiyasının üzvü Fərhad Mehdiyevə ağır itki üz verib.

Primeinfo.az xəbər verir ki, tanınmış vəkilin qızı yol qəzasında dünyasını dəyişib.

Hadisə iyunun 16-da baş verib. Bakı–Sumqayıt yolunda onun idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobilə çırpılıb. Nəticədə 17 yaşlı Zəhra Məmmədova hadisə yerində həlak olub.

Tanınmış vəkilin qızı qəzada həlak oldu - FOTO - VİDEO

Fərhad Mehdiyev qəza ilə bağlı sosial şəbəkə hesabında açıqlama yayıb. O bildirib ki, qızının faciəvi ölümündə əsas səbəbkar Bakı-Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil olub:

“Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur.

Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı-Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.

Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil minik avtomobil sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq.
Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.
Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk.

Bu yazının altında “Allah rəhmət eləsin” də yazmayın. O deyil.  Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik.

Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək. Bu ağrını çatdırmaq çox çətindir; xahiş edirəm mənə heç nə yazmayın”.

“Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı”.

Həmin qəzanın görüntülərini təqdim edirik:

 

Paylaş: