Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: ABŞ Konqresinin Nümayəndələr Palatası

Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü ilə görüşüb - FOTO

Sahibə Qafarova ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü ilə görüşüb - FOTO

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamade ilə görüşüb. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Milli Məclisin sədri ABŞ və Prezident Donald Trampın regionumuzda sülh və sabitliyin dəstəklənməsindəki roluna toxunaraq, bu çərçivədə Vaşinqton sammiti və onun uğurlu nəticələrini qeyd edib.

ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanında - FOTO

ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanında - FOTO

Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Ziyarət zamanı nümayəndə heyətini protokol əməkdaşları və digər rəsmi şəxslər müşayiət ediblər.