Rəsmilər Ağdərənin Baş planı ilə tanış oldular - FOTO
Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.
Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə iyunun 17-də Ağdərə şəhərində Qərargahın növbəti iclası keçirilib. Primeinfo.az xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin ölkənin hərtərəfli inkişafının əsasını təşkil etdiyini bildirib. O vurğulayıb ki, son dövrlərdə müxtəlif sahələr, o cümlədən kənd təsərrüfatı üzrə qəbul edilən strateji sənədlər, dövlət proqramları və həyata keçirilən islahatlar ölkənin sosial-iqtisadi inkişafının vahid yanaşma əsasında təmin olunduğunu bir daha təsdiqləyir.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin mayın 7-də iclası keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, WUF13-ün başlanmasına az vaxt qaldığını və mayın 17-dən 22-dək Bakı şəhərinin dünyanın şəhərsalma və dayanıqlı inkişaf gündəliyi üzrə ən mötəbər beynəlxalq platformalarından birinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halını aldığını bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib. Primeinfo.az xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.
Fevralın 27-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Efiopiya Federativ Demokratik Respublikasının xarici işlər naziri, COP32-nin müəyyən olunmuş Prezidenti Gedion Timotevos Hessebon ilə görüşüb. Primeinfo.az xəbər verir ki, Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə görüşü zamanı iki ölkə arasında BMT-nin iqlim konfransları (COP) sahəsində təcrübə mübadiləsinin müzakirə edilməsinə toxunaraq, dövlət başçısının tapşırığı ilə Azərbaycanın Efiopiya ilə tam əməkdaşlığa hazır olduğunu vurğulayıb. Samir Nuriyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın COP29 çərçivəsində təşkilati-logistika, substantiv və kommunikasiya sahəsində həyata keçirilmiş işlərə toxunub, həmçinin COP29-da bir sıra tarixi qərarların qəbul edildiyini bildirib.
Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının iclası keçirilib. Primeinfo.az xəbər verir ki, Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2025-ci il ərzində görülmüş işlər, o cümlədən həyata keçirilən korrupsiya ilə mübarizə tədbirlərinin əsas istiqamətləri barədə məlumat verib. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklərin qısa mahiyyəti və onların ictimai münasibətlərə təsiri iclas iştirakçılarının diqqətinə çatdırılıb.