Xəbər axtarın

Son axtarış nəticələri:

ADY Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir - VİDEO

17.06.2026 13:42

ADY Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir - VİDEO
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 124 yaşlı Xaçmaz Dəmiryol Vağzalının binasını əsaslı təmir edir.

Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qorunan binanın orijinal görünüşü saxlanılmaqla kompleks yenidənqurma aparılır.

Qeyd edək ki, Xaçmaz Dəmiryol Vağzalı Bakı-Yalama dəmir yolu xətti üzərində ən mühüm məntəqələrdən biridir.

Paylaş: