
Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb.
Primeinfo.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrova onun türkiyəli həmkarı Hakan Fidan arasında danışıqlar Rusiya XİN-nin Qəbullar Evində keçirilir.
Nazirlər əvvəl təkbətək görüşüblər. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edəcək.
Lavrov və Fidanın danışıqların yekunu ilə bağlı birgə mətbuat konfransı keçirəcəyi planlaşdırılır.