Xəbər axtarın

Son axtarış nəticələri:

Müəllimlərin sertifikasiya imtahanları başlayıb

17.06.2026 10:16

Müəllimlərin sertifikasiya imtahanları başlayıb

Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlayıb.

Primeinfo.az xəbər verir ki, müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində keçirilicək.

Müəllimlərin sertifikatlaşdırılmasının test mərhələsi 35 mərkəzdə keçiriləcək.

Qeyd edək ki, 2026-cı il üzrə sertifikatlaşdırma prosesində 23 mindən çox təhsilverən – təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Paylaş: