Xəbər axtarın

Son axtarış nəticələri:

Meloni Ərdoğana siqareti tərgitdiyini bildirib – VİDEO

17.06.2026 14:47

Meloni Ərdoğana siqareti tərgitdiyini bildirib – VİDEO

İtaliyanın Baş naziri Corcia Meloni Fransada keçirilən G7 sammiti çərçivəsində qeyri-rəsmi söhbət zamanı bir aydır siqareti tərgitdiyini bildirib.

Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, sözügedən anın görüntülərini “Euronews” yayımlayıb.

Belə ki, fasilə zamanı Almaniya kansleri Fridrix Merz Meloniyə siqaretlə bağlı sual ünvanlayıb. İtaliya hökumət başçısı siqareti artıq tərgitdiyini deyib. Onun bu sözləri alqışlarla qarşılanıb. Həmin an Avropa Komissiyasının sədri Ursula fon der Leyen də “Bravo!” deyərək reaksiyasını ifadə edib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Misirdə keçirilən Qəzza Sülh Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Meloniyə təriflər yağdırsa da, “Səni siqareti tərgitməyə məcbur etməliyəm” demişdi.

Paylaş: