Xəbər axtarın

Son axtarış nəticələri:

22 nömrəli marşrut üzrə bütün avtobuslar yenilənir

16.06.2026 21:58

22 nömrəli marşrut üzrə bütün avtobuslar yenilənir

Paytaxtın Sabunçu qəsəbəsinin Əliyar Əliyev küçəsini Xətai rayonunun Rövlan Məmmədov küçəsi ilə əlaqələndirən 22 nömrəli marşrutda istismar olunan bütün avtobuslar yenilənir.

Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİİN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Xatırladaq ki, marşrut xəttində avtobusların bir qismi ötən ilin sentyabrında yenilənmişdi. Daşıyıcı tərəfindən yeni avtobuslar gətirilərək xəttə əlavə olunur.

İyunun 17-dən marşrut üzrə 14 müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “King Long” markalı avtobus sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gediş haqqı 0.60 AZN müəyyən edilib.

Paylaş: