Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: "Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişdən məmnunuq"

16.06.2026 15:59

Hakan Fidan: "Azərbaycan-Ermənistan sülh prosesində irəliləyişdən məmnunuq"

Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesində irəliləyişdən məmnunuq.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, proses çərçivəsində atılan addımlar bölgədə faktiki olaraq bərqərar olmuş sülhün artıq praktikada da öz əksini tapdığını göstərir.

Nazir vurğulayıb ki, davamlı sülh regionda sabitliyin təminatı olacaq.

O, “3+3” regional əməkdaşlıq formatı çərçivəsində keçirilən görüşlərin də region ölkələri üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.

Paylaş: