Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə razılıqsız psixiatriya müayinəsi göstəriləcək. Primeinfo.az xəbər verir ki, bununla bağlı “Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik təklif edilir. Layihə parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Primeinfo.az-ın xəbərinə görə, layihəyə əsasən, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozu 2,2% üstələyərək 39 milyard 184,6 milyon manata çatıb. Dövlət büdcəsinin xərcləri 38 milyard 604,6 milyon manat təşkil edib ki, bu da təsdiq olunmuş proqnozdan 6,8% azdır.
Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard dolları keçib
Azərbaycan Portuqaliyanın Lissabon şəhərində səfirlik açacaq. Primeinfo.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə olunub. İclasda “Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Qanun layihəsi müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.
16 yaşdan kiçik şəxslərin platformalarda hesab yaratmasına icazə verilməyəcək, 16-18 yaşlı istifadəçilərin hesabları isə valideyn nəzarəti altında fəaliyyət göstərəcək. Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb. Belə ki, layihəyə əsasən, 16 yaşı tamam olmayan şəxslərin platformalarda fərdi rəqəmsal hesab yaratmasına yol verilməyəcək.
“Yol hərəkəti haqqında” Qanuna məlumatverici-göstərici nişanlarla bağlı dəyişiklik təklif olunur. Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.