Xəbər axtarın

Son axtarış nəticələri:

DÇ-2026: İran-Yeni Zelandiya matçı heç-heçə bitdi - FOTO

16.06.2026 10:00

DÇ-2026: İran-Yeni Zelandiya matçı heç-heçə bitdi - FOTO

ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində İran və Yeni Zelandiya milliləri qarşılaşıblar.

Primeinfo.az xəbər verir ki, görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra İran və Yeni Zelandiya millilərinin hərəsinin aktivində bir xal var. Komandalar G qrupunda müvafiq olaraq birinci və ikinci yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, matçın ən yaxşı oyunçusu bəlli olub.

İranlıların heyətində Ramin Rezayan oyunun ən yaxşısı adına layiq görülüb.

DÇ-2026: İran-Yeni Zelandiya matçı heç-heçə bitdi - FOTO

Futbolçu sözügedən matçda yüksək oyun nümayiş etdirib.

Qrupun digər oyununda Belçika və Misir milliləri 1:1 hesablı heç-heçə ediblər.

İkinci turda İran millisi iyunun 21-də Belçika ilə qarşılaşacaq. Yeni Zelandiya isə iyunun 22-nə keçən gecə Misirlə üz-üzə gələcək.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq.

Paylaş: