
ABŞ və İran arasında hərbi əməliyyatlara son qoymaq barədə qarşılıqlı anlaşma memorandumu elektron formatda imzalanıb.
Primeinfo.az “Reuters”ə istinadən xəbər verir ki, İran tərəfindən sənədi ölkə parlamentinin sədri Məhəmməd Bager Qalibaf imzalayıb.
ABŞ tərəfdən isə memorandumu Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens imzalayıb.
Qalibaf “X” sosial şəbəkə hesabında yazıb ki, İran yekun qələbəyə doğru böyük bir addım atıb: “Biz möhkəm dayanmışıq və Allahın köməyi ilə qələbə qazanacağıq”.
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, danışıqlar heyəti heç bir halda rəhbərlik tərəfindən müəyyən edilmiş siyasətdən geri çəkilməyəcək: “Bütün fəaliyyətlər milli maraqlar və sistem tərəfindən müəyyənləşdirilən xətlər çərçivəsində həyata keçiriləcək”.
Daha əvvəl o vurğulayıb ki, ABŞ ilə İran arasında razılaşdırılan memorandumun bütün bəndləri düzgün şəkildə icra olunarsa, Tehran regionda yeni şərait yarada bilər.
Sənədin rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.