Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qəza

DYP-dən Fərhad Mehdiyevin qızının ölümü ilə nəticələnən qəza barədə MƏLUMAT - VİDEO

DYP-dən Fərhad Mehdiyevin qızının ölümü ilə nəticələnən qəza barədə MƏLUMAT - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda motosiklet idarə edən yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb. İdarədən Primeinfo.az-a verilən məlumatda bildirilib ki, iyunun 16-da saat 17:00 radələrində Pərviz Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil Bakı-Quba yolunda nasazlıq səbəbindən məcburi dayanıb: “Məcburi dayanma zamanı baş verə biləcək qəzanın qarşısının vaxtında alınması üçün zəruri təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, P.Əhmədov digər sürücüləri sadəcə, əl işarələri ilə xəbərdar etməklə kifayətlənib, bununla da vəzifəsini yerinə yetirdiyini güman edib. Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan motosiklet sürücüsü 17 yaşlı Zəhra Mehdizadə mövcud şəraiti vaxtında qiymətləndirə bilməyib və gəldiyi sürətlə də avtomobilə çırpılıb.

Heydər Əliyev prospektində QƏZA - SIXLIQ VAR - FOTO

Heydər Əliyev prospektində QƏZA - SIXLIQ VAR - FOTO

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, qəza səbəbindən prospektin hər iki istiqamətində sıxlıq yaranıb.

Aeroport yolunda QƏZA - ÖLƏN VAR

Aeroport yolunda QƏZA - ÖLƏN VAR

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” və “XPeng” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Mercedes” markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Ali Məhkəmədən piyadanın öldüyü qəza ilə bağlı gözlənilməz qərar

Ali Məhkəmədən piyadanın öldüyü qəza ilə bağlı gözlənilməz qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib. Bu barədə Primeinfo.az-a məhkəmədən məlumat verilib. Bildirilib ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub.

Qəzada xəsarət alan piyadanı yol polisi xəstəxanaya çatdırdı - VİDEO

Qəzada xəsarət alan piyadanı yol polisi xəstəxanaya çatdırdı - VİDEO

Bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, mərkəz istiqamətində yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub. Primeinfo.az xəbər verir ki, qəzada xəsarət alan piyada dərhal minik avtomobilinə mindirilərək yol polisi əməkdaşının özü sürücü olmaqla, xəsarət alanın vəziyyəti və yolda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq həmin şəxs digər yol polisi əməkdaşlarının operativ müşayiəti altında Yeni Klinikaya çatdırılıb. Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə etsinlər.