Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qəza

Naxçıvanda ağır QƏZA: bir ailənin 4 üzvü xəsarət alıb

Naxçıvanda ağır QƏZA: bir ailənin 4 üzvü xəsarət alıb

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi bir ailənin 4 üzvünün xəsarət almasına səbəb olub. Primeinfo.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində baş verib. 72-BF-530 dövlət nömrə nişanlı “Renault Megan” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb.

Üç maşın toqquşdu, qadın sıxılı vəziyyətdə qaldı - VİDEO

Üç maşın toqquşdu, qadın sıxılı vəziyyətdə qaldı - VİDEO

Bakının Qara Qarayev prospektində baş verən qəza nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Primeinfo.az xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Corolla”, “Hyundai” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Toyota Prius” markalı minik avtomobilində vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Bakı-Quba yolunda yük avtomobilləri toqquşub - VİDEO

Bakı-Quba yolunda yük avtomobilləri toqquşub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba magistral avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Man” markalı yük avtomobilinin “Howa” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Man” markalı yük avtomobilindəki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

İsmayıllı-Qəbələ yolunda zəncirvari qəza - 2 ölü, 6 yaralı

İsmayıllı-Qəbələ yolunda zəncirvari qəza - 2 ölü, 6 yaralı

İsmayıllıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Xanagah kəndindən keçən hissəsində qeydə alınıb. Primeinfo.az  xəbər verir ki, hərəkətdə olan mikroavtobus və iki minik avtomobilinin toqquşması nəticəsində baş verən zəncirvari qəzada 33 yaşlı Ümüd Vəliyev və onu 23 yaşlı həyat yoldaşı Nərmin Vəliyeva hadisə yerində həyatını itiriblər.

Rəsmi Moskva təyyarəmizin vurulması ilə bağlı açıqlama verdi

Rəsmi Moskva təyyarəmizin vurulması ilə bağlı açıqlama verdi

Rusiya Azərbaycan Hava Yollarına məxsus AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı liderlər arasında əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib: “Rusiya və Azərbaycan liderləri ötən ilin 9 oktyabr tarixində Düşənbədə keçirilən görüş zamanı aviaqəza mövzusunu ətraflı müzakirə ediblər. Rusiya tərəfi tərəfindən geniş izahatlar verilib, əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl işləyirik və bu barədə həm diplomatik kanallar, həm də hökumətlər xətti ilə azərbaycanlı tərəfdaşlarımızı mütəmadi olaraq məlumatlandırırıq”, – deyə diplomat bildirib.

Faciədən saniyələr əvvəl... - VİDEO

Faciədən saniyələr əvvəl... - VİDEO

Xidmət zamanı avtomobil vuran Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüləri yayılıb. Primeinfo.az  xəbər verir ki, FHN-in əməliyyat videosundan da məlum olur ki, Ələt–Astara magistral yolundakı yanğın yerinə cəlb edilən yanğınsöndürənlər yük avtomobilini söndürməyə çalışırlar. Bu zaman maşın ətrafında qatı tüstü müşahidə edilir.

"Azərsilah"ın Şirvandakı zavodunda QƏZA

"Azərsilah"ın Şirvandakı zavodunda QƏZA

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib. Bu barədə Primeinfo.az-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib. Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı - VİDEO

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı - VİDEO

Qırmızı işıqda keçdi, svetoforu yararsız vəziyyətə saldı Primeinfo.az xəbər verir ki, gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Svetoforun qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobili svetofora çırpılıb. Nəticədə 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.