Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. 85-AD-506 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə 69-BF-990 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Yanvarın 10-u saat 15 radələrində aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası, mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
2025-ci ildə ölkə ərazisində 1252 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Primeinfo.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat verib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində 689 nəfər ölüb.
Rusiyanın Perm diyarında şəxsi helikopter qəzaya uğrayıb. Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Hadisə Bardım rayonunda yerləşən “Aşatli-park” istirahət mərkəzinin ərazisində baş verib.
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. Primeinfo.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, İbrahim Novruzov “Hyundai i30” markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında qeydə alınıb. Primeinfo.az xəbər verir ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb.
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” ilə “Mercedes” markalı minik maşınları toqquşub.
AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb.
ABŞ-nin Şimali Karolina ştatının Steytsvill şəhərində təyyarə qəzaya uğrayıb.
Yüngül mühərrikli təyyarə Moskva ətrafındakı Novinki aerodromunda qəzaya uğrayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “REN TV”nin mənbələri bildirib. Hazırda təfərrüatlar dəqiqləşdirilir.