
Fransanın Evian-le-Ben şəhərində keçirilən sammitdə G7 liderləri Kiyevi dəstəkləmək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün yeni tədbirlər barədə razılığa gəliblər.
Primeinfo.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Birgə bəyanata görə, iştirakçılar Rusiyanın müdafiə sənayesinə və hərbi iqtisadiyyatına təzyiqi artırmağı, xüsusən də neft və qaz sektorundakı məhdudiyyətlərə diqqət yetirməyi öhdələrinə götürüblər.
Zirvə görüşünün iştirakçıları vurğuladılar ki, indi neft və qaz sektorlarına qarşı əlavə tədbirlər görmək üçün ən yaxşı vaxtdır. Buna ABŞ Prezidenti Donald Trampın strateji Hörmüz boğazının açılması ilə bağlı sazişi imzalaması təkan verib.
G7 liderləri “Ukraynaya sarsılmaz dəstək” öhdəliklərini bir daha təsdiqləyiblər. Xüsusilə, onlar müasir hava hücumundan müdafiə sistemlərinin, əlavə zenit sistemlərinin, tutucu raketlərin və uzaq mənzilli silahların tədarükünü artırmağı planlaşdırırlar.