Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qəza

Avtoyuma məntəqəsindən qaçırdığı "Range Rover"lə QƏZA ETDİ

Avtoyuma məntəqəsindən qaçırdığı "Range Rover"lə QƏZA ETDİ

  Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb. Primeinfo.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb. Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Salyanda avtomobillər toqquşdu - Yaralılar var

Salyanda avtomobillər toqquşdu - Yaralılar var

Salyanda yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, qəza Ələt–Astara magistral yolunun rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub.

Salyanda “Opel” aşdı - Ölən var

Salyanda “Opel” aşdı - Ölən var

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini 1980-ci il təvəllüdlü Anar Paşayevin idarə etdiyi “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəzalarda 33,6 faiz şəxs bu səbəbdən ölüb - DYP-dən XƏBƏRDARLIQ

Qəzalarda 33,6 faiz şəxs bu səbəbdən ölüb - DYP-dən XƏBƏRDARLIQ

Bu ilin ilk 3 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 33,6 faizi, yaralananların isə 29,1 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub. Primeinfo.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin yaydığı məlumatda bildirilib. “Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla, sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır.

36 yaşlı kişini maşınla vurub öldürdü

36 yaşlı kişini maşınla vurub öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Primeinfo.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Həsənqala kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub.

SON DƏQİQƏ: Paşinyanın kortejində QƏZA - 1 ölü, 1 yaralı var

SON DƏQİQƏ: Paşinyanın kortejində QƏZA - 1 ölü, 1 yaralı var

Ermənistanın baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən avtobus yol-nəqliyyat hadisəsi törədib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Aeroport yolundakı ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Aeroport yolundakı ağır qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Xəzər rayonu, Aeroport şosesində yol hərəkəti qaydalarına əməl etməyən sürücü qəza törədib. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, hər hansısa bir sürücü yolda sürət həddini aşırsa, təhlükəli manevrlər edirsə, düzgün ara məsafəsi saxlamırsa, digərlərindən irəli düşmək üçün yollarda təhlükəli vəziyyət yaradırsa, bu artıq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real riskdir: “Belə davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati məsuliyyətə, ağır nəticələrə səbəb olduqda isə cinayət məsuliyyəti yaradır.

İsmayıllıda dəhşətli qəza: Biri 3 yaşlı qız olmaqla 2 nəfər ÖLDÜ

İsmayıllıda dəhşətli qəza: Biri 3 yaşlı qız olmaqla 2 nəfər ÖLDÜ

İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Priminfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə bu gün saat 5 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb.

Zərdabda maşın kanala düşdü: 3 ölü, 4 yaralı

Zərdabda maşın kanala düşdü: 3 ölü, 4 yaralı

Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb. Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.