Xəbər axtarın

Son axtarış nəticələri:

Dünya çempionatında qalmaqal: futbolçuların çantaları YOXLANILDI

16.06.2026 10:32

Dünya çempionatında qalmaqal: futbolçuların çantaları YOXLANILDI

ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatında qalmaqallar bitmir.

Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu dəfə Uruqvay millisinin futbolçuları çətin vəziyyətdə qalıb.

Onlar Səudiyyə Ərəbistanı ilə ilk turun oyununa gələrkən ciddi yoxlanışdan keçiblər. ABŞ polisi futbolçuların bütün çantalarını bir-bir yoxlayıb.

Bu isə komanda rəhbərliyinin etirazına səbəb olub. Polis futbolçuları sıraya düzərək onların çantalarını alıb və saatlarla yoxlama aparıb.

Paylaş: