Xəbər axtarın

Son axtarış nəticələri:

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başladı - FOTO

15.06.2026 19:47

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başladı - FOTO

Çinin Quyyan şəhərində boks üzrə Dünya Kubokuna start verilib.

Primeinfo.az xəbər verir ki, reytinq xarakterli yarışın ilk günündə Azərbaycan millisinin 2 idmançısı rinqə çıxıb.

50 kiloqramda Sübhan Mamedov 1/8 final çərçivəsində hindistanlı Rişi Singlə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən dünya çempionu yekunda 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb. O, ikinci döyüşündə ilk mərhələdən azad olan Asilbek Jalilovla (Özbəkistan) münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 19-da olacaq.

Məhəmmədəli Aşırəliyev (60 kiloqram) də debütdə qələbə qazanıb. Yakub Krzpeiti (Polşa) 3:2 (29:28, 28:29, 27:30, 27:30, 29:28) hesabı ilə məğlub edən boksçu 1/8 finalda Luis Qabrieli (Braziliya) sınağa çəkəcək. Görüş iyunun 17-də olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokuna 8 boksçusu ilə yollanıb.

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başladı - FOTO İki boksçumuz Dünya Kubokuna qələbə ilə başladı - FOTO

Paylaş: