
Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
“Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və “Nərimanov” stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb. Məlumat yenilənəcək”, – qurumdan əlavə olunub.