
Bakı metrosunun inkişafında mühüm dönüş nöqtələrindən biri olan Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi artıq real icra mərhələsinə keçib.
Primeinfo.az-a bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu layihə təkcə xətlərin fiziki ayrılması deyil, 6 əsas komponentdən ibarət kompleks yanaşmadır.
Layihə çərçivəsində hazırda tikinti işləri həyata keçirilən yeni tunellərin inşası və “28 May-Cəfər Cabbarlı” stansiyaları arasında yeni piyada tuneli (pilləkən) barədə ətraflı məlumat videoda yer alıb.