
Bu gündən — 1 yanvar 2026-cı ildən Azərbaycanda bir sıra vergi, rüsum və sosial ödənişlərlə bağlı dəyişikliklər qüvvəyə minib.
Primeinfo.az həmin dəyişikləri təqdim edir:
Tütün məmulatları və elektron siqaretlərə aksiz dərəcələri artırılır.
Alkoqollu və enerji içkilərinə tətbiq olunan aksizlər yüksəldilir.
İstifadə olunmuş minik avtomobillərinin idxalına yeni aksiz vergisi tətbiq olunur.
Azərbaycana bir ildən artıq bir mobil telefon gətirildikdə, hər əlavə telefonun qeydiyyatı üçün 100 manat rüsum tutulacaq.
Bundan əlavə, şəxsi istifadə üçün ildə bir telefondan başqa hər gətirilən telefona görə 20 manat aksiz vergisi tətbiq ediləcək.
Kirayə mənzil verən şəxslər üçün gəlir vergisi 14%-dən 10%-ə endirilir.
Qeyri-neft sektorunda maaşı 2500 manata qədər olan şəxslər üçün gəlir vergisi dərəcəsi 3% təşkil edəcək.
Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşı bərabərləşdirilir – 65 yaş.
Hibrid və elektroavtomobillərin idxalı və satışı üzrə ƏDV güzəştlərinin müddəti başa çatır.
Azərbaycanda yığılan elektrik avtobusları ƏDV-dən azad olunur.
Media subyektləri vergilərdən azad ediləcək.
Yaşayış minimumu və ehtiyac meyarı 300 manat səviyyəsində müəyyən edilir.
Benzin, dizel yanacağı və maye qaz üçün yol vergisi 3,5 dəfə artırılır – litrə görə 0,02 manatdan 0,07 manata yüksəldilir.
Öz torpağında çalışan şəxslər üçün sığorta haqları artırılır.
Fərdi sahibkarlar üçün sosial sığorta ödənişləri artırılır.
Fərdi fəaliyyətlə məşğul olan şəxslər üçün sosial sığorta haqqı əvvəlki 5%-dən 8%-ə qaldırılır (minimum aylıq əməkhaqqına görə hesablanacaq).
Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər üçün ödənilmiş ƏDV geri qaytarılacaq.