Xəbər axtarın

Son axtarış nəticələri:

"Bu savaşlar Azərbaycanın xeyrinədir" - ŞOK AÇIQLAMA - VİDEO

05.01.2026 18:14

“Rusiya, İran və Venesuelada baş verən müharibələr, iğtişaşlar, həyata keçirilən əməliyyatlar Azərbaycanın xeyrinədir”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri araşdırmaçı jurnalist Heydər Oğuz Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

O, son günlər dünyada baş verən iğtişaşlarda ABŞ-nin əlinin olduğu fikrindədir:

“Bu hadisələrin sonunda Amerika Rusiya, İran və Çini bir-birindən ayırmalıdır. Yəni, bu ölkələrin bir-biri ilə ittifaq qurmasına razılıq verməməlidir. Onlar arasında bufer dövlətlər yaratmalıdır.

Bufer dövlətlərin yaradılacağı əsas yerlərdən biri də Türk dünyasıdır. Yəni, Türk dünyası üzərində bir bufer zona yaratmaq. Belə bir zamanda Türk dünyasının, xüsusən də Azərbaycanın üzərinə böyük vəzifə düşür. Çünki Azərbaycan Türk dünyasının Avropaya çıxış nöqtəsi, qapısıdır. Bu qapını bağlasan, Mərkəzi Asiya dövlətləri Avropaya çıxa bilməz. Deməli, bütün yollar bizdən keçir. Mərkəzi Asiyaya gedən yollar, Çindən Avropaya gedən yollar Azərbaycandan keçir”.

Davamı “Qırmızı masa”da:

 

Paylaş: