
Yanvarın 12-də Los-Ancelesdə 83-cü “Qızıl Qlobus” mükafatının təqdimetmə mərasimi keçirilib.
Primeinfo.az xəbər verir ki, Hollivud aktyoru Leonardo Di Kaprio mərasimdə xoşagəlməz hadisə ilə üzləşib.
Belə ki, təqdimat zamanı zaldan çıxan aktyor geri qayıtmaq istəyəndə təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb. Ona yalnız reklam fasiləsi zamanı yerinə qayıda biləcəyi bildirilib.
Reper “Snoop Dogg” səhnədə çıxış edərkən aktyor öz həmkarları Çeyz Syu Uanderz və Selena Gomeslə birlikdə qapının qarşısında gözləməli olub.