
Rusiya postsovet ölkələrinin suverenliyi və müstəqilliyi ilə heç cür barışa bilmir. Ukrayna ilə apardığı müharibə fonunda təhdid siyasəti getdikcə daha qabarıq forma alır. Bu dəfə Rusiyalı politoloq Aleksandr Duqin Azərbaycanı separatizmlə hədələyib. O, postsovet dövlətlərinin, o cümlədən Azərbaycanın suverenliyinə qarşı çıxıb.
Primeinfo.az xəbər verir ki, məsələni Prime TV-nin “Qırmızı masa” verilişində şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Duqinin ciddiyə alınmadığını bildirib.
“Diqini çox şişirdirlər, sanki Putinin sağ əlidir, müşaviridir. Amma o, ciddi adam deyil. Təhlükəlisi odur ki, ciddi adam olmasa da, belə fikirlər səsləndirir və təkcə Duqin deyil, Solovyov da bu haqda danışır. Bu, Rusiyada ümumi bir siyasi xətdir artıq. Duqin də, Solovyov da Ukrayna savaşı fonunda digər ölkələri özlərinin arxa bağçaları sayırlar”.
Bu və digər önəmli mövzuların müzakirəsi “Qırmızı masa”da: