
“Hadisələrin bu cür inkişafında Azərbaycanı xüsusi təhlükə gözləmir. Lakin biz proseslərin anti-Azərbaycan mövqeyinə keçməsinə imkan verməməliyik”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” verilişində təhlükəsizlik eksperti İlham İsmayıl bildirib.
Onun sözlərinə görə, əgər İran ərazisində irimiqyaslı müharibə olarsa, xarici qüvvələr ora girərsə, o halda güneyli soydaşlarımız Azərbaycan Respublikasına keçə bilərlər:
“Amma hazırda elə bir şərait yaranmayıb və perspektivdə də gözlənilmir”.
Davamı “Qırmızı masa”da: