Xəbər axtarın

Son axtarış nəticələri:

Gəncədə tələbə dərs vaxtı öldü - FOTO

12.01.2026 15:00

Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib.

“TodayBaku” xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb.

Birinci kurs tələbəsi 2008-ci il təvəllüdlü Röyal Bayramovun səhhəti dərs vaxtı anidən pisləşib. Hadisə yerinə təcili yardım maşını çağırılsa da, onun öldüyü məlum olub.

İlkin məlumata görə, tələbə ürəktutmadan həyatını itirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Paylaş: