Xəbər axtarın

Son axtarış nəticələri:

Hacıqabulda palçıq vulkanı püskürdü

30.01.2026 19:38

Bu gün saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi (RSXM) məlumat yayıb.

RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub.

Paylaş: