Xəbər axtarın

Son axtarış nəticələri:

Hakimlərin Seçki Komitəsinin səlahiyyətləri artırıldı

21.01.2026 18:01

Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilib.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov müvafiq Qərar imzalayıb.

Qərara əsasən, Hakimlərin Seçki Komitəsi ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlim proqramını Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birlikdə hazırlayır və Məhkəmə-Hüquq Şurası ilə razılaşdırmaqla təsdiq, həmçinin ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlimi və hakimlərin davamlı tədrisi prosesində iştirak edəcək.

Məlumat üçün bildirək ki, daha əvvəl Hakimlərin Seçki Komitəsi ilk dəfə 3 il müddətinə təyin olunan hakimlərin təlim proqramının hazırlanmasında və təlim prosesinin müddətinin müəyyən olunmasında iştirak edirdi.

Paylaş: