
Ötən ilin dekabr ayından İranda başlayan kütləvi etiraz aksiyaları dünən gecədən etibarən paytaxt Tehranı da bürüyüb.
Primeinfo.az xəbər verir ki, minlərlə insan küçələrə axışaraq, hökumət əleyhinə çıxış edirlər.
Məlumata görə, etiraz aksiyaları zamanı onlarla insan həlak olub, minlərlə insan saxlanılıb. Tehranda kütləvi atışma baş verdiyi bildirilib. Etirazçılar yolları bağlayır, polis məntəqələrini yandırır, təhlükəsizlik qüvvələri isə onlara atəş açır.
Beynəlxalq internet monitorinq xidməti “NetBlocks” məlumat yayıb ki, artıq 12 saatdır İranda internet də kəsilib. İnternetin sürəti normal səviyyənin təxminən 1 faizinə düşüb.
Bununla belə, İran rəsmiləri internetlə bağlı heç bir məhdudiyyət elan etməyiblər.
Qeyd edək ki, İranda etiraz dalğaları artıq 27 əyalətdə 92 şəhərə yayılıb. Ölkə üzrə 2000-dən çox həbs qeydə alınıb.
Yayılan xəbərlərə görə, dörd azyaşlı və iki polis əməkdaşı da daxil olmaqla 45 nəfər ölüb.