
Bu gündən yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində Türkiyə istehsalı olan “Kardeş takımı 3” ailəvi filminin nümayişinə start verilib.
Primeinfo.az-a kinoteatrdan verilən məlumata görə, tamaşaçıların böyük rəğbətini qazanmış macəra franşizasının davamı olan bu filmin üçüncü hissəsində komanda daha da böyüyür və sirli zaman səyahətinə çıxır. Həyəcanlı süjet qəhrəmanları müxtəlif tarixi dövrlərə aparır; onları gözlənilməz sınaqlar, təhlükələr və maraqlı kəşflər qarşılayır. Hekayə keçmişlə gələcəyi birləşdirərək süjetə sirr və yumor elementləri əlavə edir.
Autentik dekorasiyalar və tarixi kostyumlar tamaşaçıların dövrlərin ruhunu daha dərindən hiss etməsinə imkan yaradır. Əvvəlki hissələrdə olduğu kimi, “Kardeş takımı 3” filmi də komandada əməkdaşlıq, cəsarət və möhkəm ailə bağları kimi dəyərləri yüngül, əyləncəli və komedik üslubda təqdim edir.
“Kardeş takımı 3” — fantaziya və xoş yumoru bir araya gətirən, bütün ailə üçün parlaq və yaddaqalan macəradır.
Filmin rejissoru Bedran Güzeldir. Baş rollara Ceyda Kasabalı, Fırat Albayram, Çağan Efe Ak və digərləri çəkilib.