
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ yeni seriala dəvət alıb.
Primeinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor “Dönence” adlı çoxseriyalı filmə çəkiləcək.
Son həftələrdə “Tezliklə yeni layihələrlə ekranlarda olacağıq” deyərək yeni filmə eyham vuran Kıvanç Tatlıtuğ indi də qazancı ilə gündəmdədir.
Onun yeni serialın hər bölümü üçün 4 milyon lirə (157 540 manat) qonorar alacağı sosial mediada müzakirələrə səbəb olub.
Ehtimal edilir ki, yeni serialda Kıvanc Tatlıtuğun tərəf müqabili Pınar Deniz olacaq.
K.Tatlıtuğ sonuncu dəfə 2024-cü ildə “Ailə” serialında baş qəhrəmanı (Aslan Soykan) oynayıb. Onun tərəf müqabili Serenay Sarıkaya (Devin Akın) olub.