Xəbər axtarın

Son axtarış nəticələri:

Əməkdar jurnalist Qərib Mehdi vəfat etdi

20.01.2026 22:53

Əməkdar jurnalist, şair Qərib Mehdi 90 yaşında vəfat edib.

Primeinfo.az xəbər verir ki, bu barədə APA-ya teatrşünas Anar Bürcəliyev məlumat verib.

O bildirib ki, şair iki gün əvvəl səhhətində yaranmış ani problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.
Qərib Mehdi sabah Gəncədə “İmamzadə” qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Qərib Mehdi 21 iyun 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub. Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər.
1971-ci ildən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda çıxan çoxtirajlı “Yüksəliş” qəzetinin redaktoru vəzifəsində çalışıb. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan “İlham” ədəbi birliyinə rəhbərlik edib. 10-dan çox bədii kitabı işıq üzü görüb. Pyesləri Gəncə Dövlət Dram Teatrında səhnələşdirilib.

2009-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

 

Paylaş: