
İranda etiraz aksiyaları davam edir.
Primeinfo.az xəbər verir ki, etirazçılar ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə dövlət bayrağını endirərək cırıblar.
Bu, ölkədə etirazların miqyasının genişləndiyini göstərən növbəti hadisədir.
Etirazçılar daha əvvəl üç şəhərə nəzarəti ələ keçiriblər. Onlardan sonuncusu Tehranın Xəzər dənizi və digər bölgələrlə əlaqəsini təmin edən mühüm nəqliyyat qovşağı sayılan Kərəc şəhəri olub.
Şimali Xorasan əyalətinin Şirvan şəhərində isə etirazçıları qeydə alan şəhər kameraları sındırılıb. Hiddətlənmiş vətəndaşlar SEPAH-a məxsus avtomobilləri əziblər.