
Bu gün saat 21:45-də UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçının oynanılacağı Tofiq Bəhramov adına Respublika Stadionu qardan təmizlənib.
Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, arenanın ot örtüyünün matç üçün hazır vəziyyətə gətirilməsi ilə bağlı işlər tamamlanıb.
Qeyd edək ki, ötən gün arenanın ot örtüyü qar altında qalmışdı.