Xəbər axtarın

Son axtarış nəticələri:

Rusiyada 5,6 bal gücündə ZƏLZƏLƏ

12.01.2026 11:16

Seysmoloqlar Kuril adalarında 5,6 maqnitudalı zəlzələ qeydə alıblar.

Primeinfo.az Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının “Yuzhno-Saxalinsk” seysmik stansiyasından bildirilib.

Yeraltı təkanlar dəniz dibinin 423 km dərinliyində, İturup adasındakı Reydovo kəndindən 214 km şimalda qeydə alınıb.

Paylaş: